RU

Sumqayıt Kimya Sənaye Parkının rezidenti məhsul istehsalı və ixracını artırıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC-nin məhsul istehsalı və ixracında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü ilin 9 ayında zavodda 83 milyon manata yaxın məhsul istehsal edilmişdisə, bu ilin 9 ayında 27 faizdən çox, yəni 105,5 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 9 ayında ixrac təqribən 26 faiz artıb. Zavodda istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi adı altında dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.

İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə hazırda 178 nəfərlik daimi iş yeri yaradılıb.

Qeyd edək ki, “ALCO” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində sürtkü yağları və mayelərin, kimyəvi qatqıların istehsalı ilə məşğul olur.

Избранный
7
1
vergiler.az

3Источники