RU

Gələn il hansı ölkələrdən daha çox turist gələcək?

Dünyanın mühüm turizm mərkəzlərindən biri olan Antalya müxtəlif ölkələrdən turistləri qəbul edir.

"Cebheinfo.az" xəbər verir ki, yanvarın 1-dən oktyabrın 31-dək şəhərdə istirahət edən 16 milyon 131 min 847 xarici turistdən 3 milyon 298 min 154-ü alman, 1 milyon 487 min 429-u isə ingilis olub.

2021-ci ilin 1 yanvar - 31 oktyabr tarixləri arasında 1 milyon 164 min 339 alman turistin gəldiyi Antalyada 2022-ci ildə 2 milyon 671 min 679, 2023-cü ildə isə 3 milyon 167 min 811 alman tətilə gedib. 

2025-ci ildə Antalyaya gələn alman turistlərin sayının 4 milyonu keçəcəyi hədəflənir.

2021-ci ilin 10 aylıq dövründə şəhərə 50 min 202, 2022-ci ildə 1 milyon 89 min 115, 2023-cü ildə isə 1 milyon 243 min 922 ingilis turist gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il ingilis turistlərin sayında 19,58 faiz artım olub.

Hər il böyümə tendensiyasını davam etdirən İngiltərə, erkən rezervasiyada ən sürətli hərəkət edən bazar oldu. 2025-ci il mövsümündə 2 milyona yaxın ingilis tətilçinin Antalyaya gəlməsi gözlənilir.

Aralıq dənizi Turistik Otelciler və Operatorlar Dərnəyinin prezidenti Kaan Kaşif Kavaloğlu, erkən rezervasiyalardan sevindirici rəqəmlər almağa başladıqlarını söyləyib.

Daxili bazardan da tələbatın olduğunu qeyd edən Kavaloğlu deyib:

"Böyük Britaniyadan erkən rezervasiyalarda nəzərəçarpacaq artım var. 

Almaniyadan gələn rəqəmlər də yaxşıdır. İngilislərin erkən rezervasiyalarında 30 faiz, almanlarda isə 20 faiz artım var.

Bu artımın davamlılığı çox böyükdür. 2025-ci ildə 1 milyon 750 mindən çox ingilis turisti gözləyirik. Almanların ilk dəfə 4 milyon səviyyəsinə yaxınlaşacağını düşünürük.

Oktyabr ayında daxili bazar qiymətlərimizi açıqladıq. Daxili bazardakı insanlarımız erkən rezervasiya etməyə vərdiş ediblər. Erkən rezervasiya edəndə anladılar ki, ən münasib qiymətə tətil keçirib”.

Yerli və beynəlxalq rezervasiyaların davam etdiyini bildirən Kavaloğlu, Avropada yaşayan türklərin də Antalyaya böyük maraq göstərdiklərini və onların da erkən rezervasiya etdiklərini vurğulayıb.

Ətraf ölkələrdəki müharibə və mənfiliklərə baxmayaraq turizmdə 2024-cü il mövsümünü uğurlu keçirdiklərini deyən Kavaloğlu, 2025-ci ilin çox daha yaxşı olmasını gözlədiklərini də qeyd edib.

Избранный
11
cebheinfo.az

1Источники