RU

Londonda kürd ictimai mərkəzində axtarış aparıb

Britaniya polisi Londonda kürd ictimai mərkəzində axtarış aparıb və ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətində şübhəli bilinən altı nəfəri həbs edib.

Bu barədə "Reuters" məlumat verir.

Polisin məlumatına görə, həbs edilənlər 23-62 yaş arasında olan dörd kişi və iki qadındır.

Bildirilib ki, ictimaiyyət üçün birbaşa təhlükə yoxdur.

Избранный
10
1
sam.az

3Источники