RU

AUİB nümayəndələri “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi çərçivəsində Naxçıvana səfər edib - FOTOLAR

"Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri olan uşaqlar və onlara mentorluq edən könüllülər “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdədirlər. Muxtar Respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə 3 günlük səfər çərçivəsində qonaqlar Naxçıvan Müəllimlər İnstitutunda fəal gənclərlə görüşüblər. Görüşdə Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Xəyal Camalov, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsinin direktoru Zeynəb Göyüşova və digər qonaqlar çıxış ediblər. Tədbirdə mövzu ilə bağlı videoçarx da nümayiş olunub. Sonra iştirakçılar Naxçıvan regional "ASAN xidmət" mərkəzində olublar. Burada onlara mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmətə dair ətraflı məlumat verilib, hüquqşunas təlimçi-ekspertlərin çıxışları dinlənilib.

Zərintac Mayisqızı Missiya.Az 

Избранный
18
missiya.az

1Источники