RU

Rusiya mayeləşdirilmiş qaz istehsalı zavodlarını dayandırır- Qərb çevrəni daraldır...

Image

Peyk müşahidələrinin nəticələri ilə Rusyanın LNG istehsalı arasında təzad var

Hazırda Amerika Avropaya rus qazının ixracının dayandırılması üçün əlindən gələni edir. Kəmər vasitəsilə idxal edilən qazın üç il ərzində 60% azaldılmadina baxmayaraq, mayeləşdirilmiş qaz idxalını hələ də azaltmaq mümkün olmayib. 

Amma amerikalılar iddia edir ki, Rusiya artıq mayeleşdirilmiş qaz istehsal edən zavodlarını bağlamağa başlayıb. Amerikalı araşdırmaçıların təbirincə, bu o deməkdir ki, mayeləşditilmiş rus qazının da Avropaya ixracı azalır.

Belə ki, "Novatek" tərəfindən idarə olunan Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG - liquefied natural gas) zavodları üçün avadanlıq istehsal edən zavodu öz gücünü azaldır. Bloomberg jurnalistləri Murmansk vilayətinin Belokamenka kəndində vaxtilə "Arctic LNG-2" istehsal xətlərinin yığıldığı sənaye obyektinin acınacaqlı taleyindən yazıblar. Onlar Kolorado Mədən Məktəbinin nəzdində Peyn İctimai Siyasət İnstitutunun son illərdəki kosmik məlumatlarına istinad edirlər.

Amerikalı alimlər bir neçə il ərzində sözügedən Rusiya zavodunda gecə işıqlandırmasının intensivliyini qeydə alan peyk şəkillərini müqayisəli şəkildə təhlil ediblər. Təhlilçilər iddia edirlər ki, 2024-cü il noyabrın əvvəlində 2021-2023-cü illərin eyni müşahidə vaxtı ilə müqayisədə müəssisədə elektrik işıqlandırmasının orta parlaqlığı 75% azalıb. Ekspertlər qeyd edir ki, işıqlandırma azalaraq son illərdə aparılan müşahidələrdən sonra ilk dəfə olaraq 2019-cu ilin səviyyəsinə çatıb. 

İşıqlandırmanın belə azalması enerjiyə qənaət edən texnologiyalara keçidlə əlaqələndirilə bilməz. Fakt budur ki, zavod payızda və qış fəslində iş üçün, demək olar ki, gecə-gündüz işıqlandırma tələb olunan enliklərdə yerləşir. Yəni məkan Qütb dairəsinə düşdüyündən, payız və qış fəslində hava gündüz vaxtı da qaranlıq olur. Belə bir vaxtda işıqlandırma azalıbsa, bu, "istehsal fəaliyyətinin kəskin azalması" deməkdir. 

"Novatek" hələ rəsmi olaraq bu məlumatı təkzib və ya şərh etməyib.

2024-cü ilin yayında Avropa İttifaqının 14-cü anti-Rusiya sanksiyalar paketi qüvvəyə minib. Bura 2025-ci ilin əvvəlindən üçüncü ölkələrə satış üçün Avropa limanları vasitəsilə Rusiya mayeləşdirilmiş təbii qazının tranzitinə qoyulan məhdudiyyətlər və təbii qaz sisteminə qoşulmayan Aİ terminalları vasitəsilə Rusiya LNG-nin idxalına məhdudiyyətlər daxildir. Həmçinin, "Novatek"-in bir çox tərəfdaşı artıq Aİ və ABŞ sanksiyaları altındadır.

"Kommersant" isə Kpler-in məlumatlarına istinadən xəbər verir ki, Rusiya oktyabrda 3,06 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edib.

Bu, ötən illə müqayisədə 2,5% çoxdur. Yalnız tədarüklərin 3,2 milyon ton təşkil etdiyi 2023-cü ilin dekabr ayı rekordu keçməyib.

2024-cü ilin on ayında Rusiyadan LNG tədarükü illik müqayisədə demək olar ki, 5% artaraq 27,4 milyon tona çatıb.

Sentyabr ayında 1,33 milyon ton LNG Asiyaya, 1,16 milyon ton isə Avropaya göndərilib, son təyinat nöqtələri bəlli deyil. Bu ilin doqquz ayı ərzində Avropa Rusiyadan alınan LNG-də lider olub - ümumi tədarükün 53%-ini onlar idxal edib.

2024-cü ilin üçüncü rübündə Rusiyanın Aİ-yə LNG idxalında payı 20%-ə yüksəlib. Aİ-yə maye qaz tədarükündə ən böyük pay hələ də 35%-lə ABŞ-a məxsusdur.

Noyabr ayının əvvəlindən isə ABŞ-dən Avropaya LNG idxalı daha 5% artıb. Amerika gələcəkdə də LNG həcmini artırmaq hədəfini qarşıya qoyub ki, Avropanın qaza olan tələbatı bu və digər mənbələr hesabına ödənilsin və rus qazından tamamilə imtina etmək mümkün olsun. Lakin ildən-ilə Rusiyadan qaz idxali kəskin azalsa da, hələlik Avropanın ondan imtina etməsi mümkün deyil.

Rusiyanın LNG istehsalını kəskin azaltması məsələsinə gəldikdə, bu peyk müşahidələri aldadıcı ola bilər. Ola bilsin ki, Rusiya ölkənin başqa bir regionunda bu cür avadanlıqların istehsalı üçün təzə zavod tikib. Çunki, hətta Avropa statistikasi belə Rusiyanin LNG ixracını azaltmasını təsdiqləmir, əksinə, Avropaya ixrac üçüncü rübdə artıb.

Akif NƏSİRLİ





Избранный
23
baki-xeber.com

1Источники