RU

“Xahiş etməmişəm ki, məni dünyaya gətirin”

“Xarakterli olmaq mənə şou-biznesdə də, yaşadığım rutin həyatda da çətinliklər yaradır. Bir tərəfdən də ürəyimdə yumşaqlıq var”.

OLAY yazır ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində müğənni Ayan Babakişiyeva deyib:

“Düşünürəm ki, onu da dəf etməyin vaxtı gəlib çatıb. Artıq hər şeyə soyuq yanaşmaq lazımdır. Görürsən ki, doğmalarının yanında olmağa çalışırsan. Amma bir müddətdən sonra onlar bunlar sənin vəzifən imiş kimi davranırlar. Soruşmurlar ki, yaxşıdır, necədir, keyfin var? Var, ya yox? Deyirlər, gətir. Heç əhvalımı soruşmasınlar. Demirlər ki, sənin bunu etməyə imkanın varmı? Haradan tapacaqsan?  Söhbət sənətdən getmir, həyatda belədir.  Bəlkə mən danışanda insanlar səhv başa düşür. Lakin gündəlik həyatda ürəyinizdən keçib dilə gətirmədiklərinizi deyirəm. Qadınlar var ki, fikirləşirlər, ərə getməliyəm, ər çörəyi yeməliyəm, nə gözəl həyat… Deyir, xəbərim olmasın ki, çörək, ət neçəyədir və bir uşaq doğub yerimi bərkidim. Elə insanlar da var ki, fikirləşirlər, övladım dünyaya gəlsin, mən öləndə məni dəfn etsin. Bu, anormal düşüncədir. Deyir, övlad dünyaya gətirim ki, qızım və ya oğlum mənə baxsın. Mən bunun üçün dünyaya gətirməmişəm. Elə bilir ki, köləlik dövrüdür, hansı zəmanədir…. Övladı dünyaya özün istədiyin üçün gətirdin, o səndən xahiş etməyib. Uşaq dünyaya gətirirlər ki, əri əldə saxlasınlar, ər boşanmasın, yəni, bir uşağım var. Bu, nə psixologiyadır? Uşağa görə özünü qurban edənlər də var. Uşaqdan bir pərdə kimi istifadə edib gözdən asırlar ki, uşağa görə boşanmadım. Uşaq da böyüyəndə ona deyir ki, gördün, saçımı süpürgə etdim, sən də üzümə ağ oldun. Mən heç kimdən xahiş etməmişəm ki, məni dünyaya gətirin. Əgər dünyaya gətirmizisnizsə, böyütməlisiniz. Böyüdəndən sonra da pis niyyət varsa, bir biznes qurmusunuzsa, onu məhv edin. Onsuz da bir övlad kimi boynumun borcudursa, əlimdən gələni edəcəyəm. Özümdən danışmıram, ümumiyyətlə deyirəm. Bir övladın boynuna daşıya bilməyəcəyi yükü yükləmək lazım deyil. Bu psixologiyada olanlara anormal və xəstə kimi baxıram”.

https://www.youtube.com/embed/XU7u5jaXegE?si

Избранный
3
1
millitv.net

2Источники