Nazir 1500 məktəbin bağlanacağı ilə bağlı məlumata şərh yazdı – Foto
Daha öncə yerli KİV və sosial şəbəkədə Azərbaycanda 4400 məktəbdən 1500-nün bağlanacağı barədə məlumat yayılıb. Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov deyib. Sosial şəbəkələrdə bu mövzu müzakirələrə səbəb olub. Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkələrdəki səhifələrdən birində dərc olunan oxşar məzmunlu məlumata öz Feysbuk hesabı ilə şərh yazaraq münasibət bildirib: “Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”.