İntizamsız davranışlarına görə "Şamaxı"dan göndərilən İlkin Muradovun klubsuz günləri uzun çəkməyəcək.
28 yaşlı futbolçu mövsümün qalan bölümünü "Səbail"də keçirəcək.
Bayıl təmsilçisinin baş məşqçisi Cavid Hüseynov onun xidmətində maraqlıdır.
Tərəflər əksər məsələlərdə razılıq əldə edib.
İlkin Muradov bu mövsüm 12 oyunda meydana çıxıb, 1 asistlə yadda qalıb.
Gənclər millisinin sabiq üzvü "Şamaxı" və "Zirə"dən başqa "Səbail"in də formasını geyinib.
SPORTİNFO.AZ