RU

​TikTok bu şəxslər üçün gözəllik filtrlərini qadağan edir -

TikTok gənclər üçün gözəllik filtrlərini qadağan edir. Metbuat.az xəbər verir ki, şirkət psixi sağlamlığı qorumaq məqsədilə belə qərar verib. Yeni qaydalarla yaşı 18-dən aşağı olan istifadəçilər gözlərini böyüdən, dodaqlarını dolğunlaşdıran və dəri tonunu dəyişən filtrlərdən istifadə edə bilməyəcəklər. Lakin dovşan qulaqlar və ya it burunları kimi gülməli filtrlər qadağaları əhatə etmir. Gözəllik filtrlərinin, real həyatda xüsusilə gənc qızlar üzərində mükəmməl fiziki görünüşə sahib olmaq üçün təzyiq yaratdığı deyilir. Bu vəziyyət psixoloji problemlər yaradıb. Bildirilir ki, gənclər filtrdən istifadə etdikdən sonra əsl üzlərinə baxanda özlərini çirkin hesab edirlər.

Bundan əlavə, 13 yaşdan kiçik istifadəçilərin platformaya daxil olmasının qarşısını almaq üçün süni intellektə əsaslanan yoxlama sistemləri işə salınır. Məlumatda deyilir ki, bu addımlar ciddi qaydalara riayət etmək üçün həyata keçirilən tədbirlərin bir hissəsidir.

Избранный
11
1
metbuat.az

5Источники