Çoxuşaqlı çinli ana hər bürcdən uşaq dünyaya gətirmək qərarına gəlib.
News24.az-ın Lent.az-a istinadla xəbərinə görə, 33 yaşlı Tyan Dunsyanın artıq doqquz övladı var.
O, 12 Çin bürcünün hər birindən bir uşaq dünyaya gətirmək niyyətindədir. Qadın planlarını "ərinin yaxşı genlərini israf etmək istəmədiyini" söyləməklə izah edib.
O, ilk övladını 2010-cu ildə dünyaya gətirib. Cütlük çoxlu uşaq sahibi olmağın da xoşbəxtlik olduğuna inanır. Bundan əlavə, çoxuşaqlı ana doqquz uşağının hər birinin doqquz övladı olacağına ümid edir.