RU

Ermənilər bu dəfə “Yar gəldi yar” mahnısını öz adlarına yazmaq istədilər - VİDEO

Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısının "Youtube" səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsinin qarşısı alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il sentyabrın 4-də "Youtube" “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib

Qeyd edilib ki, “Yar gəldi yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fond”unda saxlanılır.

"Məlumat üçün bildiririk ki, Ş.Ələkbərovanın "Youtube"də əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir.

Buna görə də “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video Youtube-nin “BehrooZ Abshar” səhifəsindən silinib.

Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və onun pozulmuş hüquqları bərpa edilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, “Yar gəldi yar” mahnısının musiqisi Adil Gəraya, sözləri Əli Kərimə məxsusdur.

Избранный
3
29
qaziler.az

10Источники