UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Feyenoord”la ev oyunu “Mançester Siti” üçün uğusuzluqla əlamətdar olub.
Arena.az xatırladır ki, “şəhərlilər” evdə 3:0 hesabı ilə üstünlüyə sahib olduqları oyunda qələbəni əldən verərək, 3:3 hesablı heç-heçə il barışmalı olublar.
Oyunun son kəsimi ərzində “Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola özünə o qədər əl qatıb, “şaxsey-vaxsey” salıb ki, nəticədə üz-gözünə döyüb, keçəl başına cırmaq atıb. El dilində desək, “Pep” özünü “ülgücləyib”. İspan mütəxəssis “şəhərlilər”in bu üstünlüyünü əldən verməsinin acığını canından çıxıb.
Qvardola mətbuat konfransında jurnalsitlərin qarşısına da bu abırda çıxıb:
“Heç əşi… Dırnağımla işləmişəm. Özümü ağrı yaşatmaq istədim”, – “beIN Sport” dərgisi “Pep”dən sitat gətirir.
Mətbuat konfransından sonra isə “Pep” özünün sosial şəbəkə hesabı üzərindən bu “gözəlliyi” ilə bağlı açıqlama yayıb:
“Dünən axşam mətbuat konfransının sonunda üzümdə yaranmış cızıqla bağlı sual məni ehtiyatsızlıqdan yaxaladı və bunun iti dırnaqdan təsadüfən baş verdiyini izah etdim.
Cavabım heç bir surtədə özünə zərərvermə ilə bağlı çox ciddi məsələni vurğulamaq məqsədi daşımırdı. Bilirəm ki, hər gün bir çox insan psixi sağlamlıq fəsadı ilə üzləşir”, – “Pep” dərc edib.
5 turdan sonra “Mançester Siti” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 8 xalla 15-ci pillədə qərarlaşıb. “Feyenoord” isə 7 xalla 20-ci pillədədir.