RU

Tokayev və Putin ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin məhdud tərkibdə danışıqlarda ikitərəfli gündəliyin bütün məsələlərini müzakirə ediblər.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, Tokayev əldə olunmuş razılaşmaların icrasına nəzarət edəcəyini bildirib.

“Hökumətə tapşırmışam ki, burada qəbul olunmuş bütün məsələlərin icrasını təmin etsin. Qarşıda çox iş var və mən prezident kimi onların icrasının gedişinə nəzarət edəcəyəm. Ölkələrimiz arasında heç bir problem yoxdur. Amma əməkdaşlıq etdiyimizdən bəzi suallar yaranır və onlar bu cür görüşlərdə həll olunur. Bu gün sənədlər paketi imzalanacaq. Əməkdaşlığımız yüksələn xətlə gedir, investisiya əməkdaşlığı və humanitar əlaqələr davam edir”, - Tokayev deyib.

Putin də öz növbəsində Qazaxıstanın Rusiyanın strateji tərəfdaşı və etibarlı müttəfiqi olduğunu bir daha vurğulayıb.

“Bizim və sizin tərəfinizdən diqqət tələb edən məsələlər öz həllini tapacaq. Bütün suallara cavab axtarmaq istəyi var və onlar tapılır, həll edə bilməyəcəyimiz məsələ yoxdur. Əməkdaşlığın həcmi artır və artıq 30 milyard dollara yaxındır. Qarşılıqlı əlaqə genişlənir və maraqlı və qarşılıqlı faydalı olur. Biz təkcə iqtisadiyyat və maliyyədən danışmırıq. Sabah isə KTMT sammiti çərçivəsində müdafiə barəsində danışacağıq”, - Rusiya Prezidenti bildirib.

Избранный
32
2
azpolitika.info

10Источники