RU

“Bənzətmə nəzəriyyəsi maraq ehtirasını azaldır” - Psixoloq

Bir çoxumuz illərlə əldə etmək üçün çalışdığımız məqsədlərimizə çatdıqdan sonra marağımız qaçır.

Hətta bəzi hallarda məqsədimizə çatdıqdan sonra davam etməkdən də imtina edirik.

Maraqlıdır, məqsədlərimizə çatdıqdan sonra niyə həvəsdən düşürük?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Xədicə Hüseynli deyib ki, bu "bənzətmə nəzəriyyəsi" adlandırılır:

“Bu şikayətlə müraciət edən pasiyentlərim çox olub. Deyirlər ki, maraqla gözlədiyim şeyin zamanı gələndə artıq onu istəmirəm. Adətən pasiyentlər həyatla siçan-pişik oyunu oynuyurlar. 

Bu fenomen, "maraqın azalma effekti" və ya "bənzətmə nəzəriyyəsi" adlandırılan bir anlayışla izah olunur. İnsanların maraqları və ehtirasları, ümumiyyətlə bir məqsədə çatmağa doğru irəlilədikcə və ya bir şey əldə etdikcə azalır. İnsanlar çox zaman hədəflərinə çatdıqları zaman onları əldə etmək üçün qurmaları lazım olan idealizasiyalar və gözləntilərlə qarşılaşırlar. Bu gözləntilər qarşılanmadıqda, əldə edilən şeyin dəyəri aşağı düşür”.

Murad

Избранный
13
50
hit.az

10Источники