RU

Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif etdi - FOTO

Noyabrın 27-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təbrik və təltif edib.


Azhuquq.az xəbər verir ki, görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının fəaliyyətindən, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələrdən, habelə gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsindən danışan Anar Bağırov ARVK-nın Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirib.

Həmçinin sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayaraq, şərəfli hakim adını hər zaman uca tutmağı, şəffaf fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi tövsiyə edib.

Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfərin Kollegiyanın üzvü olduğunu nəzərə çatdıran Anar Bağırov bunu çox yüksək göstərici kimi qiymətləndirib. Sədr göstəricilərə əsasən hazırda vəkilliyin digər sahələrlə yanaşı, məhkəmə hakimiyyəti üçün də kadr bankına çevrildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik nümayiş etdirən ARVK-nın 8 üzvü - Nəbiyev Rəmzi Sultan oğlu Şirvan Kommersiya Məhkəməsinə Nuriyev Aqil Abdul oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Qənbərov Tağı Ədalət oğlu Tərtər Hərbi Məhkəməsinə, Həsənov Teymur Həsən oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Məmmədova Günel İqbal qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Meybullayeva Şəfiqə Eldar qızı Astara Rayon Məhkəməsinə, Bayramov Samir Zakir oğlu Xaçmaz Rayon Məhkəməsinə və Hüseynov Elşən Təbrizoviç isə Masallı Rayon Məhkəməsinə Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.

Daha sonra Anar Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.

       
Избранный
19
17
yenilik.az

10Источники