"Araz-Naxçıvan"ın braziliyalı forvardı Ramon Maçado Premyer Liqanın 14-cü turunda "Kəpəz"i məğlub etdikləri matçdan (2:0) sonra Sportinfo.az-a müsahibə verib.
- Autsayderlə oyunda çətin qələbə qazanmağınız nə ilə bağlıdır?
- Bəli, çətin oldu. "Kəpəz" hazırda son pillədə olsa da yaxşı mübarizə apardı. Bizim 6 saat yol gəlməyimiz də yorğunluq yaradırdı.
- Ardıcıl 13 oyunda məğlub olmayan kollektiv gələcək üçün nə vəd edir?
- Bu hələ başlanğıcdır. Amma sonluğun necə bitəcəyini demək olmaz.
- Məsələn, ən azı "Qarabağ"la çempionluq mübarizəsində sona kimi duruş gətirmək mümkün olacaq?
- Biz öz barəmizdə danışa bilərik. "Qarabağ"ı kənara qoyaq. Onlar barədə fikirləşmirik. Şanslarımızı itirsək, ancaq özümüz itirə bilərik.
- Növbəti turda rəqib mövsümün sürpriz komandası "Turan Tovuz" olacaq. Növbəti qələbə üçün nəyə daha çox diqqət etməlisiniz?
- Asan olmayacaq. Amma biz yenə 3 xal üçün meydana çıxacağıq. Çempionatın ən güclü klublarından biridir. Uzun topla daha çox oynayırlar. Necə oynadıqlarını bilirik. Çalışıb qələbə qazanacağıq.
XANOĞLAN İMANOV