RU

Qadın futbolçu dələduzların qurbanı oldu -65 min manata yaxın pulunu mənimsədilər

Rusiyada “Lokomotiv”in qadınlardan ibarət komandasının yarımmüdafiəçisi Sofiya Stelmaxova dələduzların qurbanı olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər 18 yaşlı futbolçunun 4 milyon rubla (təxminən 65 min manat) yaxın pulunu mənimsəyiblər.

Qıza ilk dəfə noyabrın 21-də, səhər saatlarında zəng gəlib.

Xəttin o başındakı şəxs özünü Rusiyanın mobil operator işçisi kimi təqdim edərək, Sofiya ilə müqavilənin bitdiyini bildirib, sözləşməni uzatmaq üçün futbolçudan kodu diktə etməsini istəyib və o, bunu edib.

Bundan sonra Stelmaxovaya başqa bir adam zəng vurub. O, məlumat sızmasının olduğunu və təcili olaraq 664 min rubl kredit üçün müraciət etməli, sonra bu pulu etibarlı bank hesabına köçürməli olduğunu söyləyib.

Daha sonra Sofiyanın valideynlərinin hesablarında oxşar “problemlər” ortaya çıxıb.

Qız, anasının yanına gedib, bütün pullarını kartına köçürüb, həmçinin “mərkəzi bank işçisi”nin göstərişi ilə atasının adına 500 min rubl kredit götürüb. Stelmaxova sonda bütün yığılan vəsaitləri hissə-hissə müxtəlif hesablara köçürüb.

Bundan sonra fırıldaqçılar futbolçuya şifrə verərək, mənzildə tapdığı bütün nağd pulu həmin şəxsə verməsini istəyiblər. Beləliklə, Sofiya cinayətkarlara daha 275 min rubl verib.

Stelmaxova noyabrın 25-də, axşam saatlarında valideynləri ilə danışdıqdan sonra aldadıldığını anlayıb. İdmançı dərhal polisə müraciət edib və cinayət işi açılıb.

Избранный
27
sportinfo.az

1Источники