Finlandiya Daxili İşlər Nazirliyi vətəndaşlıq əldə etmək üçün şərtləri sərtləşdirmək niyyətindədir ki, bu da işsizlərin və cinayət keçmişi olanların giriş əldə etməsini çətinləşdirəcək.
Qaziler.az xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin press-relizində qeyd edilib.
"Hökumət proqramına uyğun olaraq Finlandiya vətəndaşlığını almaq üçün tələblər sərtləşdiriləcək", - Daxili İşlər Nazirliyi bildirib.
Xüsusilə, işsizlik müavinəti ilə yaşayan insanların gəlirləri vətəndaşlıq almaq üçün kifayət etməyəcək. Həmçinin cinayət törətmiş şəxslər üçün Finlandiya pasportunu almaq da çətinləşəcək.
QAZİLER.AZ