RU

Kütləvi miqrant axını: 1 milyon insan Rusiyanı tərk etdi

Rusiyadakı əməkçi miqrantlar əmək haqlarının artmasına baxmayaraq, öz ölkələrinə gedirlər.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Andrey Kladov deyib.

O bildirib ki, bu il Rusiyanı bir milyona yaxın əmək miqrantı tərk edib.

“Miqrantlar əsasən Orta Asiyadan - Özbəkistan, Tacikistan və Qırğızıstandandır. Vətənə qayıdan miqrantlar yenidən Rusiyaya işləmək üçün gəlmək istəmirlər. Bütün bunların nəticəsidir ki, hazırda Rusiyada işçi qüvvəsi çatışmazlığı yaranıb. Müqayisə üçün qeyd edək ki, indi bir miqrant üçün on iş yeri var”.

Ekspert bildirib ki, miqrantların getməsinə səbəb daha çox regionlarda sektoral məhdudiyyətlər, yaşayış şəraitinin sərtləşdirilməsidir.

Избранный
12
2
sitat.info

3Источники