RU

Çinli Azərbaycan vətəndaşlarının 10 milyonunu mənimsədi

Vanq Tianbao adlı Çin vətəndaşının Bakıda avtomobillə təmin edəcək vədi ilə onlarla Azərbaycan vətəndaşının 10 milyon ABŞ dollarından artıq pulunu mənimsədiyi iddia edilir.

Axar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb. Müvafiq araşdırmaların aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilib.

Hazırda zərər çəkmiş şəxslərin müraciətləri əsasında zəruri istintaq tədbirləri həyata keçirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

Избранный
3
12
axar.az

10Источники