Şəhid Şahlar Nəzərovun atası vəfat edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yaşar Nəzərovun səhhətində son aylarda problemlər yaranıb.
O, bu gün Bakıda müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.
Qeyd edək ki, Şahlar Yaşar oğlu Nəzərov 2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən şəhid olub.
Milli.Az