RU

"Kosmetika uşaqlarda dəri xəstəlikləri yaradır" - Valideynlərin diqqətinə

Uşaqların kosmetika istifadəsi son illərdə daha çox müzakirə olunan mövzulardan biri olub.

Kosmetik məhsulların uşaqların dəri və sağlamlığı üzərindəki təsiri, valideynlər və mütəxəssislər tərəfindən diqqətlə izlənilir.

Maraqlıdır, azyaşlı uşaqların kosmetika istifadəsində təhlükələr nələrdir?

Bu barədə Hit.az-a açıqlama verən dermatoloq Nəzrin Qurbanova deyib ki, kiçik yaşlarda kosmetika istifadəsi ekzemaya, müxtəlif dəri xəstəliklərinə gətirib çıxarır:

“Uşaqların kosmetika istifadəsi, onların həssas dəri və inkişaf edən orqanizmləri nəzərə alındıqda, bir sıra təhlükələri də özündə ehtiva edir. Uşaqların dərisi daha nazik və həssas olduğundan, kosmetik məhsulların içərisindəki kimyəvi maddələr dəridə qıcıqlanmalara, allergik reaksiyalara və hətta ekzemaya səbəb ola bilər.

Bəzi kosmetik məhsullarda parabens, ftalatlar, formaldehid və digər toksik maddələr ola bilər ki, bunlar uşaqların sağlamlığına zərər verir. Bu maddələr hormonal balansı poza və inkişaf5 dövründəki uşaqlar üçün təhlükəli yol aça bilər. Makyaj məhsulları və bəzən şampunlar gözə dəymə nəticəsində qıcıqlanmalara səbəb ola bilər. Bu, xüsusilə kiçik yaşlı uşaqlar üçün risklidir”.

Murad


 

Избранный
15
hit.az

1Источники