RU

37 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş çərçivəsində noyabrın 26-da Almaniyadan 37 Azərbaycan vətəndaşı geri qaytarılıb.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.

Press-relizdə deyilir ki, “qəbul prosesi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirilib”.

Qeyd edilib ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Избранный
9
44
turan.az

10Источники