RU

Avropada “Dubay şokoladı”nı dadmaq üçün 10 saat növbəyə dururlar

“Dubay şokoladı” adlanan - kadayıf xəmiri və püstə ilə doldurulmuş barlar 2024-cü ildə sosial şəbəkələrdə populyarlaşıb. Bu dadın pərəstişkarları şokolad üçün 100 dollar ödəməyə hazırdırlar. İndi isə kilometrlərlə növbələrdə dayanırlar. Berlində dəbdə olan şokolad satan bir şirniyyat evi və Ştutqartda bir kafedə şirniyyat sevənlər az qala 10 saat növbədə dayanırlar.

 

Sfera.az bildirir ki, Berlindəki bir şirniyyat evi Dubay şokoladı tələbini ödəyə bilmir. Alıcılar artıq bu şokoladları onlayn olaraq 100 dollardan çox qiymətə alırlar.

 

Berlindəki Abu Khaled Sweets mağazasında piştaxtanın sahibi Əli Faxro deyir ki, bütün seçim bir neçə saat ərzində tükənir.

 

32 yaşlı Faxro Dubay şokoladı kimi tanınan xırtıldayan delikatesin viral uğurundan ilhamlanaraq resepti tapıb və iki ay əvvəl öz versiyasını hazırlamağa başlayıb.

 

"İlk gün 20 plitə düzəltdim, amma tez satıldı. Ertəsi gün 50 plitə hazırladım, onun da hamısı satıldı".

 

Qeyd edək ki, Dubay şokoladı 2021-ci ildə Dubayda yaşayan Britaniya-Misir sahibkar Sara Hamouda tərəfindən icad edilib. O, hamilə ikən dəbdəbəli şokolad hazırlamaq fikrinə düşüb. Lakin şokolad “TikTok”da trendə başlayan bloqqerlər sayəsində dünyada populyarlıq qazanıb.

 

Bloqqer Maria Vejera avtomobilində şokolad yeyərkən çəkdiyi “TikTok” videosu yayımlandıqdan sonra bu şokolad viral oldu. O vaxtdan bəri videoya 100 milyon dəfədən çox baxılıb.

 

Əsl şokolad isə yalnız Dubaydakı müştərilərə məhdud miqdarda verilirdi, lakin indi bütün dünyada hazırlanır. Ötən həftə 31 yaşlı kişi 45 kiloqramlıq narkotik vasitəni bu şokoladın içərisində İsveçrədən Almaniyaya keçirməyə cəhd edərkən gömrükçülər tərəfindən saxlanılıb.

 

İsveçrə istehsalçısı “Lindt” bu ay Almaniyada Dubay şokoladının öz versiyasını təqdim edib. Maraqlıdır ki, müştərilər şokoladı dadmaq üçün soyuqda saatlarla növbəyə durublar.

 

Bir çubuğunun qiyməti 20 avroya qədər olan bu adi şokolad çubuğundan qat-qat bahadır, lakin bu, heç kimi bu daddan uzaqlaşdırmağa kifayət etməyib. 

 

Dubay şokoladı Fransada da hit olub. Şokoladçı Ceremi Bokelin versiyası bu ayın əvvəlində Parisdə “Salon du Chocolat”da təqdim olunub. Şokoladı təkcə yemək üçün alınmır. Belə ki, şokolad almaq üçün üç saat növbəyə dayanan Yannik Burkhard onu internetdə satacağını açıqlayıb.

 

Başqa bir gənc isə 15 avroluq şokolad alıb onu 100-ə satacağını deyir:

 

 “eBay-də çoxlu almaq təklifləri var. Şokolada 300 avroya qədər pul ödəyənlər var”- deyə alıcı bildirib.

 

Aysel 

Избранный
26
sfera.az

1Источники