RU

''Beşiktaş'' rəhbərliyi dağıldı, başqan da daxil olmaqla 4 nəfər istefa verdi!

Son həftələrdə fanatlarını üzən, son 4 turda cəmi 1 xal toplayaraq zirvədən 13 xal geri düşən ''Beşiktaş''da rəhbərlik səviyyəsində bir-birinin ardınca istefa xəbərləri gəlməkdədi.

''Göztəpə''yə qarşı evdəki son məğlubiyyət belə görünür, bardağı daşıran son damla oldu. Öncə dünən axşam baş koordinator Samet Aybaba və baş məsləhətçi Bred Fridelin istefası açıqlandı. Klubun rəsmi açıqlamasında hər iki futbol adamına fəaliyyətinə görə minnətdarlıq bildirildi. Daha sonra vitse-prezident Onur Göçməz də yazılı şəkildə istefasını rəhbərliyə təqdim etdi. Amma onun istefası qəbul olunmadı və Göçməzi bu fikrindən daşındırmaq mümkün oldu. Amma məsələ bununla yekunlaşmadı. Klubun mətbuatla əlaqələndiricisi Okay Karacan da istefa verdi və onun istefası qəbul olundu.

Əsas ''bomba'' isə bu gün partladı. Belə ki, başqan Hasan Arat da istefa verdi! Klubun rəsmi açıqlamasında bundan sonra başqan vəzifəsini Hüseyin Yücəlin icra edəcəyi vurğulanıldı.

Yücəl buna qədər ikinci başqan kimi fəaliyyət göstərirdi. Onun əsas köməkçiləri isə Mete Vardar, Onur Göçməz və Feyyaz Uçar olacaq. Bu arada Samet Aybabanın öz istəyi ilə istefa vermədiyi məlum olub. O, son 4 ayda zatən Hasan Aratla normal ünsiyyətinin olmadığını, istefaya göndərildiyini isə ''vatsapp''dan gələn mesajla öyrəndiyini qeyd edib.

Futbolçu kimi klubun əfsanələrindən olan Aybaba şənbə günü mətbuat konfransı keçirəcəyini və hər şeyi ətraflı açıqlayacağını da əlavə edib.

ƏLİ

Избранный
42
football-plus.az

1Источники