RU

"Mançester Siti" 35 ildir, belə halla üzləşmirdi

"Mançester Siti" son 35 illik tarrixinin antirekorduna imza atıb.

Bizim.Media xəbər verir ki, komanda ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Feyenoord"la qarşılaşıb.

"Şəhərlilər" görüşdə ardıcıl 3 qol vuraraq önə çıxsalar da, Niderland klubu hesabı bərabərləşdirib. 

"Opta Sports"un yaydığı məlumata görə, bu, "Mançester Siti" üçün son 35 ilin ən pis göstəricisidir.
 

Premyer Liqa klubu 1989-cu ilin mayından bəri ilk dəfədir ki, 3 qolla öndə olduğu matçda qalib gəlməkdən məhrum olur. Belə hal 35 il əvvəl həmin vaxt İngiltərənin ikinci divizionunda mübarizə aparan "Bornmut"la oyunda (3:3) baş vermişdi.


Xatırladaq ki, “Mançester Siti” qələbəsiz seriyasını 6 matça çatdırıb. Bundan əvvəlki 5 görüşdə Xosep Qvardiolanın komandası məğlubiyyətlə üzləşib.

Bizim.Media

Избранный
15
2
bizim.media

3Источники