RU

Kiyev Cənubi Koreyadan ona silah satmasını istəyib

Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi Vladimir Zelenskinin xüsusi nümayəndə heyəti Koreya Respublikasından onlara silah satmağı xahiş edib.

APA xəbər verir ki, “SBS” telekanalının məlumatına görə, Cənubi Koreya hakimiyyəti bu təklifə həvəssiz reaksiya verib.

Noyabrın 27-də Umerov ölkə prezidenti Yun Sek Yöl və milli müdafiə naziri Kim Yong Hyun ilə görüşüb.

Telekanalın məlumatına görə, səfərin gündəliyi hazırlanarkən məlum olub ki, Ukrayna silahları Cənubi Koreya hökumətindən pulsuz əldə etmək deyil, ödəniş qarşılığında almaq istəyini bəyan edib.

Избранный
70
2
apa.az

3Источники