RU

Şokoladı gündə nə qədər yeyək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, şokoladın desert olduğunu və əsas qida olmadığını unutmamaq vacibdir. Onun tərkibində çox miqdarda karbohidrat (əsasən, şəkər, 100 qramda 50 qrama qədər) və yağ (30-35 qram) var. Gündə 20-30 qramdan çox şokolad istehlak etmək tövsiyə edilmir.
Oxu.Az bu barədə İz.ru-ya istinadən xəbər verir.
Rusiyalı endokrinoloq, preventiv (sağlamlığın qorunması - red.) və yaşlanmaya qarşı təbabət üzrə mütəxəssis Yelena Ostrovskaya bildirib ki, şokoladın faydası tərkibində kakao olması ilə əsaslandırılır. Kakao paxlaları stresi azaldan antioksidantlar - polifenollar ehtiva edir. Onlarda, həmçinin, mərkəzi sinir sisteminin sağlamlığı üçün vacib olan, demək olar ki, bütün B qrupu vitaminləri, xüsusilə B2, B1 və B6 var.
"Kakao paxlalarının tərkibində manqan, mis, dəmir, kalium və selen kimi faydalı mikroelementlər, həmçinin triptofan (serotonin sintezində iştirak edir və əhvali-ruhiyyəni yaxşılaşdırır) və treonin aminturşuları var. Treonin maqneziumla birləşir, nəticədə maqnezium treonat (orqanizm tərəfindən asanlıqla mənimsənilən maqnezium forması) əmələ gəlir. Bu element koqnitiv qabiliyyətlərimizi yaxşılaşdırır və streslə mübarizədə kömək edir. Kakao paxlalarında bağırsaq mikrobiotasının qidalanması üçün lazım olan prebiotik liflər və sellüloz var", - deyə mütəxəssis izah edib.
Ostrovskaya qeyd edib ki, "düzgün" növləri seçmək vacibdir. Şokoladda nə qədər çox kakao varsa, bir o qədər faydalıdır. Acı (75% kakaodan çox) və ya tünd (45% kakaodan çox) şokolad istehlak etmək daha yaxşıdır. Südlü şokoladda kakao daha azdır, ağ şokoladda, demək olar ki, yoxdur (onun istehsalı üçün adətən, üyüdülmüş paxla deyil, kakao yağından istifadə olunur).
Həkim xəbərdarlıq edib ki, ilk növbədə, şokolad şəkərli diabet xəstələri, piylənmədən əziyyət çəkənlər üçün diabet riski və kalorisinin yüksək olması səbəbindən məhdudlaşdırılmalıdır.
"Kakao paxlalarına allergiya olduqda desertdən tamamilə imtina etmək lazımdır. Həmçinin, məhsulun tərkibinə diqqət yetirmək vacibdir. Hətta şokoladın özünə allergiya olmasa belə, onun tərkibində allergiklər üçün təhlükəli əlavələr (meyvələr və giləmeyvələr, ədviyyatlar, qoz-fındıq və s. ola bilər", - deyə Ostrovskaya bildirib.
Mədə-bağırsaq traktının istənilən xəstəliklərinin kəskinləşməsi zamanı, həmçinin hamiləlik dövründə, xüsusilə insulin rezistentliyi və gestasion şəkərli diabet inkişafı riskinin artdığı ikinci trimestrdə şokoladı məhdudlaşdırmaq tövsiyə olunur.
Избранный
24
2
oxu.az

10Источники