RU

“Microsoft”la bağlı genişmiqyaslı araşdırma - İnhisarçılıq ittihamı

ABŞ Federal Ticarət Komissiyası Amerikanın "Microsoft" texnologiya korporasiyasına qarşı genişmiqyaslı antiinhisar araşdırmasına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən bildirib.

Məlumata əsasən, istintaq "Microsoft"un istifadəçiləri bulud təkliflərinə bağlamaq üçün ofis paketi və təhlükəsizlik proqramından mümkün istifadəsinə yönəlib. Korporasiya böyük bir dövlət podratçısı olduğundan və müxtəlif qurumlarla, o cümlədən Pentaqonla, milyardlarla dollar dəyərində müqavilələr bağladığı üçün “Microsoft"un kibertəhlükəsizlik sahəsində uğursuzluqları” da komissiyanın narahatlığına səbəb olub.

Komissiya hesab edir ki, bu, "Microsoft"un bazar üzərindəki gücünü problemli edir".


Müəllif: Teleqraf.com
Избранный
23
3
teleqraf.com

4Источники