RU

Aİ Çin gəmisinin Baltik kabellərini bilərəkdən zədələdiyindən şübhələnir

Avropa İttifaqı Baltik dənizində sualtı kabellərin zədələnməsi ilə bağlı fövqəladə vəziyyət səbəbindən Çin gəmisi ilə bağlı şübhələrini ifadə edib...

Poliqon xəbər verrir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. İstintaqın fikrincə, Rusiyadan gələn gəmi bunu qəsdən edə bilərdi.

WSJ-nin yazdığına görə, “Yi Peng 3” yük daşıyan gəminin ekipajı kabellərin yerləşdiyi yerə qəsdən lövbər salmaqda və sürətini xeyli azaltsa da, hərəkətini davam etdirməkdə şübhəli bilinir.

Finlandiya noyabrın 18-də C-Lion1 sualtı rabitə kabelinin qopduğunu bildirib. Kabel “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin yaxınlığında yerləşir. Almaniya Müdafiə Nazirliyi hadisəni təxribat adlandırıb.

Hadisə ilə bağlı rəsmi olaraq heç bir tərəf Rusiyanı ittiham etməyib. Lakin gəminin kapitanın rus olması, Avropada bu hadisənin təxribat olması ilə bağlı şübhələri daha da gücləndirib.

Poliqon.info

Избранный
21
poliqon.info

1Источники