RU

UEFA Çempionlar Liqası: “Real”-dan antirekord, “Benfika”-dan möhtəşəm geridönüş

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna bu gün yekun vurulub.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, günün maraqlı qarşılaşmalarından biri İngiltərədə baş tutub.

“Liverpul” doğma meydanda İspaniya təmsilçisi “Real”a iki cavabsız qol vurub. İspaniyanın “Real Madrid” futbol klubu UEFA Çempionlar Liqasının hazırkı qalibi kimi titulu qazandıqdan sonra qrup mərhələsində üç oyunu uduzan ilk komanda olub. “Yuventus” (İtaliya) səfərdə “Aston Villa” (İngiltərə) ilə sülhə razılaşıb. Almaniya təmsilçisi “Borussiya” (Dortmund) isə Xorvatiyada “Dinamo” üzərində inamlı qələbə qazanıb. “Benfika” (Portuqaliya) isə “Monako” (Fransa) qarşısında möhtəşəm geridönüşə imza atıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

V tur

27 noyabr

21:45. “Srvena Zvezda” (Serbiya) – “Ştutqart” (Almaniya) 5:1

21:45. “Şturm” (Avstriya) – “Jirona” (İspaniya) 1:0

00:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya) 2:0

00:00. PSV (Niderland) – “Şaxtyor” (Donetsk, Ukrayna) 3:2

00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Borussiya” (Dortmund, Almaniya) 0:3

00:00. “Seltik” (Şotlandiya) – “Brügge” (Belçika) 1:1

00:00. “Monako” (Fransa) – “Benfika” (Portuqaliya) 2:3

00:00. “Aston Villa” (İngiltərə) – “Yuventus” (İtaliya) 1:0

00:00. “Bolonya” (İtaliya) – “Lill” (Fransa) 1:2

Qeyd edək ki, UEFA Çempionlar Liqasında VI tura dekabrın 10-da start veriləcək.

Избранный
3
27
heftelik.az

10Источники