Bakı. Trend:
Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciətəsasında Tərtər rayonunda qeydiyyatda olmaqla Bakı şəhərindəmüvəqqəti kirayədə yaşayan Rövşən Baxşalıyevi saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumatagörə, o, tanışı Rəsul Məmmədovun (ad soyad şərti) etibarından suiistifadə edərək ona Bakı şəhərində ev verəcəyi adı ilə ümumilikdə132 min manat pulunu mənimsəyib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəməninqərarı ilə R.Baxşalıyevin barəsində həbs qətimkan tədbiriseçilib.