RU

Somali-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradıla bilər

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Özbəkistana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq, 5 milyon 295 min 37 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Özbəkistana 714 min 54 dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 32,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 2 milyard 86 milyon dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 250 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 2 milyard 883 milyon dollar məbləğində xalça məhsulları ixrac edib.

Избранный
5
1
turkic.world

10Источники