Rusiya tərəfi PUA və bombardmançı təyyarələrdən istifadə etmək lə Ukraynaya zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.
Bildirilib ki, səhərə yaxın yeddi Tu-95MS strateji bombardmançı təyyarəsi səmaya qalxıb. Saat 05:03-də isə Rusiya tərəfi Qara dənizdən “Kalibr” raketi buraxıb.
Ukraynanın energetika naziri German Qaluşenko enerji sektorunun hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir.