RU

Beşi hərbçi olmaqla 6 nəfərin həlak olduğu QƏZA: Problem nədədir? - Ekspert AÇIQLADI

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Tovuzda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Həlak olanlardan 5-i hərbçidir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu qəza təkrar göstərdi ki, yol-nəqliyyat sahəsində əsas problem nə taksi məsələsi, nə avtobus zolağı məsələsi, nə cəriməni artırmaq, nə də cərimədən yayınmaq üçün yollar axtarmaqdır. O qeyd edib ki, əsas məsələ və hədəf real yol hərəkəti təhlükəsizliyi olmalıdır:

 

“Bu təhlükəsizlik sahəsində atılmalı olan real addımlar da 2018-ci ildə qəbul edilən, icra müddəti ötən il bitən və kağız üzərində qalan Dövlət Proqramında idi. Bu proqramda sürücü olmaq işinə yenidən baxılmasından başlamış dünyagörüşünü dəyişən, həqiqi təhlükəsiz davranış mədəniyyəti formalaşdıra bilən maarifləndirməyə qədər hər şey yazılmışdı...Bu iş cərimələri artırmaqla, daha çox cərimə yazmaqla, yeni terminlərdən istifadə edərək gözəl çıxışlar etməklə düzəlməyəcək”.

 

Ekspert bildirdi ki, yanaşmalar dəyişməlidir, real iş görülməlidir:

 

“Dünyada bu problemdə əsaslı dönüşə nail olmuş ölkələrin təcrübəsində sınaqdan keçmiş həqiqi işlər görülməlidir.  Bir qəzada 5-i say-seçmə hərbi qulluqçu olmaqla, 6 nəfərin həlak olması, 1 nəfərin ağır yaralanması çox ağır nəticədir. Bu, az qala ciddi bir döyüş əməliyyatının itkisidir. Ən ağrılısı odur ki, bütün bu itkilər olmaya da bilərdi”.

 

Günay Rəsulqızı
 

Избранный
3
9
sfera.az

10Источники