RU

Ötən ay 4 nəfər zəhərlənmədən vəfat edib

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 93 nəfər qəbul edilib.

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 20 nəfər sirkə turşusundan, 5 nəfər göbələkdən, 4 nəfər ilan sancmasından, 4 nəfər botulizmdən, 4 nəfər etanoldan, 1 nəfər layelladan zəhərlənən şəxslərdir.

Həmçinin onlardan 6-sı allergik reaksiya, 3-ü fosfor üzvi birləşmələrdən, 2-si dəm qazından zəhərlənmə, 2 nəfər isə həşərat sancması səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusundan (2 nəfər), layella sindromu (1 nəfər) və göbələk zəhərlənməsindən (1 nəfər) qeydə alınıb.

Избранный
6
19
azpolitika.info

10Источники