Bakıda yeniyetmə itkin düşüb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yaşayan 13 yaşlı Ataşov Kənan Ramin oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Belə ki, o, noyabrın 25-də saat 13 radələrində evi tərk edib.
Faktla bağlı Sabunçu RPİ 15-ci Polis Bölməsində araşdırma aparılır.