RU

Bu rayonlara güclü qar yağdı - VİDEO

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.

Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.

  

Избранный
12
49
turanpress.com

10Источники