Rusiya ordusu tərəfi PUA və bombardmançı təyyarələrdən istifadə etməklə Ukraynaya zərbələr endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səhərə yaxın yeddi Tu-95MS strateji bombardmançı təyyarəsi səmaya qalxıb. Saat 05:03-də isə Rusiya tərəfi Qara dənizdən “Kalibr” raketi buraxıb.
Ukraynanın Energetika naziri German Qaluşenko enerji sektorunun hücuma məruz qaldığını bildirib: “Kütləvi raket və dron hücumu səbəbindən elektrik enerjisi kəsilib. Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir. “Ukrenergo” təcili olaraq fövqəladə elektrik kəsilməsini tətbiq edib”.