RU

Fransa Okeaniyanı da itirir?

Müstəmləkələri qarət edib varlanmağın sonu yaxınlaşır

Böyük Britaniya və Mavrikiya arasında 3 oktyabr 2024-cü ildə əldə edilmiş razılaşmaya əsasən Çaqos arxipelaqı Mavrikiyanın tərkibinə verilir və Dieqo Qarsiya arxipelaqı London tərəfindən 99 il müddətinə icarəyə götürülür. Bu sövdələşmə Mavrikiyanın yaşayış olmayan Tromelin adasına mülkiyyət hüququ ilə bağlı mübahisə etdiyi Fransa üçün müəyyən təhlükə yaradır.

Paris Tromelini Fransanın Cənubi və Antarktika əraziləri daxilindəki Epars adalarının bir hissəsi, Mavrikiyanı isə dəniz adalarının bir parçası hesab edir. Buradan aydın olur ki, Mavrikiya–Fransa mübahisəsinin əsas səbəbləri birbaşa strateji təhlükəsizlik sahəsinə aiddir. Vəziyyəti daha da gərginləşdirən Epars adalarını təşkil edən üç adaya (Qloryoz, Bassas da İndia və Xuan de Nova) Madaqaskarın, hələlik fransızların olan Mayottaya isə Komor adalarının iddia etməsidir.

Fransanın Antarktikadakı əraziləri ilə Hind okeanındakı digər mülklərinin birlikdə sahəsi Birləşmiş Ştatların müstəsna iqtisadi zonasından sonra dünyada ikincidir. Fransanın eksklüziv iqtisadi zonasının 93 faizi (9 milyon kvvadratkilometr) 1,5 milyon Fransa vətəndaşının yaşadığı və 8 min fransız hərbi qulluqçusunun yerləşdiyi Hind-Sakit okean regionunda (“Pasifik”) yerləşir. Fransanın 18 hərbi attaşesi Hind-Sakit okean regionunun 33 ölkəsində akkreditə olunub.

Fransız qoşunlarının bu ölkənin zəngin Afrika əyaləti sayılan Mərkəzi Afrika Respublikası, Mali, Burkina Faso və Nigerdən biabırçı şəkildə çıxarılmasından sonra regionda Fransanın təsiri də əhəmiyyətli şəkildə azala bilər. Mavrikiyanın daha böyük suverenlik uğrundə səyləri Rusiya, Hindistan, Çin və Afrika Birliyi ölkələrindən dəstək alır. Mavrikiya Prezidenti Prithviraj Ropun 2024-cü ilin sentyabrında BMT Baş Assambleyasında çıxışı zamanı ölkəsinin xarici siyasət mövqeyini gücləndirmək kursunu təsdiqləyib.

2010-cu ildə Paris və Port Lui Tromelin arxipelaqı üzrə elm, iqtisadiyyat və ekologiya sahələrində əməkdaşlıq haqqında saziş imzalasa da, Fransa parlamenti bu sənədi ratifikasiya etməyib. Hər iki paytaxt Mavrikiyanın və onun ətrafındakı kiçik adaların və arxipelaqların Britaniya hökmranlığına keçidini tənzimləyən 1814-cü il Paris müqaviləsinin mətnini diqqətlə araşdırır və qarşılıqlı ərazi iddialarına haqq qazandırmaq üçün ən kiçik məna çalarlarını özlərinə məxsus şəkildə şərh edirlər.

Port Lui hələ 1976-cı ildən Tromelin ərazisinə iddia edir. Ada Madaqaskardan 400 kilometrdən çox, Fransanın Tromelinə və digər ərazilərə nəzarət edən inzibati administrasiyasının olduğu Reunyondan isə 550 kilometr məsafədə yerləşir.

Eparse adaları Madaqaskarı bir üzük kimi əhatə edir, uzaq bir Avropa aktorunun, indiki halda Fransanın onlara sahibliyi Madaqaskarın tam strateji suverenliyə nail olmasına imkan vermir. Əgər bu adalar Antananarivonun nəzarətinə keçsəydi, Madaqaskarın strateji mövqeyi əhəmiyyətli dərəcədə güclənərdi ki, bu da Antananarivoya Madaqaskarı Şərqi Afrikadan ayıran Mozambik kanalında nəzarət zonasını genişləndirməyə imkan verəcəkdi.

İndi Çin Şərqi Afrikada getdikcə daha da fəallaşır. Bu bölgədə onunla Antananarivo arasında heç bir rəqabət yoxdur, buna görə də Şərqi Afrikadakı Çin–Madaqaskar iqtisadi tərəfdaşlığı olduqca realdır və Qərbin müstəmləkəçilik keçmişindən fərqli olaraq maneələrlə üzləşmir. Pekin Madaqaskarı bölgədə Çin sərmayəsi üçün tramplin kimi görmək istəyir. Madaqaskarlılar isə bunun əleyhinə deyillər.

Paris dəniz ərazilərinin maliyyələşdirilməsini artırmaqla burada hökmranlığını uzun müddətə sürdürməyə ümid bəsləyir. Fransa onillər boyu bu məsələyə etinasız yanaşdığı üçün peşman deyil, ancaq müstəmləkələrin əlindən çıxması ilə barışmaq istəmir. Hazırda Aİ üzvü olan Fransanın xaricdəki mülkləri Avropa Regional İnkişaf Fondu vasitəsilə dəstəklənir.

Frankofonlar Okeaniya əhalisinin yalnız 2 faizini təşkil edir. Burada Fransanın təsirini qorumaq və fransız mədəniyyətini saxlamaq üçün sistemli yanaşma tələb olunur. Lakin Fransa iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyil. Səbəblərdən biri də Parisin uran, qızıl və digər resurslara bazar qiymətlərindən on dəfə aşağı dəyərlə çıxışı olduğu Afrika Sahelində iştirakının məhdudlaşmasıdır. Belə bir fakt bir daha təsdiqlənir ki, Avropa (və onunla birlikdə Fransa) kimisə qarət etmədən özünü yedizdirtmək iqtidarında olmayan bir müstəmləkəçidir.

Ekspertlər belə güman edirlər ki, Eparse adaları üzərində nəzarətin itirilməsi domino effekti yaradacaq. Başqa bir fransız koloniyası – Yeni Kaledoniyada yerli əhalinin iğtişaşlarının zor gücünə yatırılmasında sonra Parisin neokolonial idarəçiliyinə müqavimət dalğası həm Okeaniyada, həm də Afrikada getdikcə artmaqdadır.

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Избранный
7
xalqqazeti.az

1Источники