RU

Külli miqdarda aksiz markasız siqaret aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində iki nəfər şəhər sakininə məxsus nəqliyyat vasitələrinə, həmçinin müvafiq məhkəmə qərarı əsasında istifadələrində olan qeyri-yaşayış sahəsinə baxış keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 210 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Избранный
8
12
cebheinfo.az

10Источники