RU

ABŞ-dan Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım

Co Baydenin administrasiyası Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım köçürmək niyyətindədir.

Yeni paketə tank əleyhinə silahlar, dronlar, minalar, insan daşına bilən “Stinger” hava hücumundan müdafiə sistemləri (MANPADS), HIMARS üçün döyüş sursatları daxildir.

“Reuters”in həmsöhbəti aydınlıq gətirib ki, silahlar ABŞ silahlı qüvvələrinin anbarlarından götürüləcək. Amerika administrasiyasının Ukraynaya piyada əleyhinə minaların tədarükünə icazə verməsi faktı noyabrın 20-də məlum olub. Daha əvvəl “Politico” yazmışdı ki, Bayden gizli şəkildə Konqresdən Ukraynaya yardım və Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün əlavə 24 milyard dollar ayrılmasına razılıq verməsini istəyib.

//Samir Qurbanov, Editor.az

Избранный
7
1
editor.az

2Источники