RU

Rusiya Mərkəzi Bankı valyuta alışını dayandırdı

Rusiya Mərkəzi Bankı ilin sonuna qədər valyuta alışını dayandırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada qeyd edilib.

Belə ki, Rusiya Mərkəzi Bankı rublun xarici valyutalar qarşısında ucuzlaşmasının sürətləndiyi üçün valyuta alışını ilin sonuna qədər dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Buna görə, bankın büdcə qaydaları çərçivəsində valyuta alışlarını noyabrın 28-dən başlayaraq ilin sonuna qədər dayandıracağı bildirilən açıqlamada, “Qərar maliyyə bazarlarındakı volatilliyi azaltmaq məqsədi ilə verilib" deyilir.

Qeyd olunub ki, bank daxili bazarda valyuta satışı əməliyyatlarını davam etdirəcək.

Təxirə salınan valyuta alışlarının 2025-ci ildə həyata keçiriləcəyinə dair məlumatların yer aldığı açıqlamada, büdcə qaydalarına uyğun olaraq valyuta alışlarının yenidən başlaması qərarının maliyyə bazarlarında baş verən hadisələrə uyğun olaraq veriləcəyi bildirilib. 

Bu gün rubl dollar qarşısında dəyərini 8,5 faizdən çox itirdiyi halda, dollar/rubl pariteti 114,5-ə yüksəlib.

Analitiklər bildirirlər ki, son vaxtlar Ukrayna müharibəsi ətrafında artan geosiyasi gərginlik, eləcə də ABŞ-nin noyabrın 21-də Rusiya banklarına qarşı sanksiyaları genişləndirmək qərarı rublun ucuzlaşmasına səbəb olub.

Избранный
5
3
cebheinfo.az

4Источники