RU

Tələbələr “asan qazanc” tələsinə düşür – Ekspertdən çağırış

Tələbələr arasında mərc oyunlarının geniş yayılması artıq ciddi sosial və psixoloji problemə çevrilib. Universitetlərin yaxınlığında yerləşən mərc oyunu mərkəzləri bu problemi daha da dərinləşdirir. Hər gün borc içində batan, gələcəyini itirmək təhlükəsi ilə üzləşən tələbələrin sayı artır.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.

Ekspert bildirib ki, asan qazanc illüziyası gənclərin təhsilinə, psixoloji sağlamlığına və ailə münasibətlərinə böyük zərbə vurur:

“Mərc oyunları yalnız maliyyə itkiləri ilə məhdudlaşmır. Bu vərdiş tələbələrin diqqətini dərslərdən yayındırır, onları psixoloji və emosional stressə salır, hətta bəzən cinayətə və ya intihara aparır. Bu mərkəzlərin universitetlərin yaxınlığında yerləşməsi isə tələbələri bu təhlükəyə daha asan hədəf edir”.

Əsədov bu problemin aradan qaldırılması üçün universitetləri və dövlət orqanlarını dərhal tədbir görməyə səsləyib:

“Mərc oyunu mərkəzlərinin universitetlərdən uzaqlaşdırılması, tələbələr üçün maliyyə maarifləndirilməsi proqramlarının keçirilməsi və alternativ idman və mədəni fəaliyyətlərə şərait yaradılması vacibdir. Valideynlər və müəllimlər də bu məsələdə şagirdləri maarifləndirməli və diqqətli olmalıdır.

Unutmayaq, tələbələrin həyatını mərc oyunlarının tələsindən xilas etmək yalnız fərdi məsələ deyil, cəmiyyətin inkişafı üçün zəruri bir addımdır. Bu gün tələbələrimizi qorumaq üçün hərəkət etməsək, sabah onların itirilmiş həyatına şahid olmaq məcburiyyətində qala bilərik”.

Избранный
31
10
axar.az

10Источники