Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları Kursk vilayətində kütləvi şəkildə təslim olurlar.
Sitat.info TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 22 nəfərlik Ukrayna əsgəri silahlarını yerə qoyub.
“Biz kütləvi təslimliyi qeydə alırıq, 22 nəfərlik qrup təslim olub”, - agentliyin həmsöhbəti bildirib.
Hərbi jurnalist və ekspert Boris Rojin də özünün Telegram kanalında təslim olma görüntülərini dərc edib.