Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbi qulluqçuları Kursk vilayətində kütləvi şəkildə təslim olurlar.
Turkustan.az xəbər verir ki, TASS-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ukrayna əsgərlərindən ibarət 22 nəfərlik qrup silahlarını yerə qoyub.
“Biz kütləvi təslimliyi qeydə alırıq, 22 nəfərlik qrup təslim olub”, - agentliyə ordudan bildirilib.
Hərbi jurnalist və ekspert Boris Rojin də özünün Telegram kanalında təslim olma görüntülərini dərc edib.
/Cebheinfo.az/