RU

Suriyada baş verən toqquşmalarda ölənlərin sayı 100-ə ÇATDI

Hələbin qərbində islamçı qruplaşmalarla Suriya ordusu arasında baş verən toqquşmalarda ölənlərin sayı 100-ə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) məlumat yayıb. Ölənlərdən 44-nün “Həyat Təhrir əş-Şam” silahlıları, Suriya rejimindən itkilərin sayının isə 37 hərbçi olduğu qeyd edilir.

Noyabrın 27-də İslamçı qruplaşmalar, o cümlədən “Həyat Təhrir əş-Şam” Hələbin qərbində Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Onlar bir neçə yaşayış məntəqəsini tuta biliblər.

Qeyd edilib ki, bu hadisə son illərdə Suriyada vətəndaş müharibəsinin ən mühüm alovlanmalarından birinə çevrilə bilər. Yaraqlılar hazırda şəhərin özünə doğru irəliləyirlər.

“Hay’at Təhrir əş-Şam” Suriya rejiminə qarşı vuruşan sünni cihadçı qrupların koalisiyasıdır. 2017-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan 2012-ci ildə yaradılmış “Cəbhət ən-Nusra” cihadçı təşkilatının əsasında “Əl-Qaidə”nin yerli qolu kimi yaradılıb. Koalisiya hazırda sonuncu ilə hər hansı əlaqəni inkar edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
10
interpress.az

1Источники