Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 noyabr tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 725.8 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 245.9 milyon manat (51.2%) çoxdur.
Xatırladaq ki, 2023-ci ilin yanvar-oktyabr aylarında banklar 479.9 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 969.4 milyon manat olub.