Robusta qəhvəsinin yanvar fyuçerslərinin qiyməti bir ton üçün 5,5 min dolları ötüb.
RİA Novosti bu barədə ICE Futures-in məlumatlarına istinadən xəbər verir.
Qeyd edildiyi kimi, noyabrın 27-də keçirilən ticarətin yekunlarına əsasən, Robusta qəhvəsinin yanvar fyuçerslərinin qiyməti 7,15% bahalaşıb.
Bu, 2008-ci ildən bəri rekord göstəricidir.
Arabica qəhvəsinin qiyməti də bu yaxınlarda bir ton üçün 7 min dolları keçib – qiymətlər 1977-ci ildən bəri müşahidə olunmayıb.
DOĞRU.AZ