Naxçıvan Muxtar Respublikasının Boks Federasiyası fəaliyyətini dayandırıb.
Modern.az-ın məlumatına görə, bu barədə APA məlumat yayıb.
Məlumata görə, gederasiyanın Naxçıvanda bölməsinin yaradılacağı gözlənilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov idi. Federasiya 2002-ci ildən fəaliyyət göstərirdi. Məhərrəm Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talbovun qardaşıdır.